Yollarda “KAMAZ bəlası” davam edir

Yollarda “KAMAZ bəlası” davam edir

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 78 yaşlı Şaban Şabanov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn “KAMAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə Ş.Şabanov və sərnişini 59 yaşlı Solmaz Babayeva ağır bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...