"Ramada" oteldə faciə: Ərəb turist öldü

"Ramada" oteldə faciə:
Bakıya turist kimi gələn İraq vətəndaşı ölüb.

GUNDEMINFO.AZ Report-a istinadən xəbər verir ki. Nəsimi rayonu, M.Araz küçəsində yerləşən "Ramada" otelində qalan 1963-cü il təvəllüdlü Heydər Abdulhüseyn özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb və orada vəfat edib.

İlkin araşdırma zamanı turistin mədə-bağırsaq qanaxmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...