Ağsu aşırımında yol qəzası olub, yaralılar var

Ağsu aşırımında yol qəzası olub,
Ağsuda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Qəribov Kamran Zahid oğlunun idarə etdiyi avtomobilin qarşısına qoyunlar çıxıb və maşın idarəetməni itirərək yol kənarındakı daşlara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinləri - Quliyev Fəqan Əfsər oğlu, Cəlilov Dilqəm Günəş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fəqan Quliyevin gözünə şüşə parçası girib, onun vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...