Sabiq icra başçısı həbs olunmadı - məhkəmə qərarı

Sabiq icra başçısı həbs olunmadı -
Bakı Apellyasiya Məhkəməsində Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirirlən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, M.Səfərovun və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Səfərov və Rüstəm Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra M.Səfərov məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb və o, həbs olunub.

Daha əvvəl R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti cəza verib və azadlığa buraxıb.

Hökmdən narazı qalan zərərçəkmiş və təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Zərərçəkmiş ona dəymiş zərərin ödənilməsini və M.Səfərovun həbs edilməsini istəyir. M.Səfərov isə barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.

Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...