Bakıda gənc kişidən iyrənc əməl - Ahıl qonşusuna təcavüz etdi

Bakıda gənc kişidən iyrənc əməl -

Bakının Xətai rayonunda yaşlı qadın zorlanıb.

Gundeminfo.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlardan məlumat daxil olub.

Hadisə iyulun 23-də Naximov küçəsindəki evlərdən birində baş verib. 1957-ci il təvəllüdlü V.K. 35-ci Polis Bölməsinə müraciət edərək, Vüqar adlı tanışı tərəfindən zorlandığını bildirib.

Onun sözlərinə görə, kişi onun evinə gələrək, tək olmasından istifadə edib və onu zorlayıb.

35-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsi saxlayıb. O, zərərçəkmişin 29 yaşlı qonşusu olub (adı müəyyən səbəblərə görə açıqlanmır).

Hazırda faktla bağlı araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...