Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb

Gürcüstanda sərhəd polisinə qarşı zorakılıq edən 3 erməni saxlanılıb
Gürcüstanın Axalkalaki rayonunun Kartsaxi kəndində üç yerli sakin saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Saxlanılan A.Çobanyan, A.Taqvoryan və K.Karapetyan Sərhəd Polisi əməkdaşlarına qarşı kütləvi zorakılıqda ittiham olunular.

Kartsaxi sakinləri həmkəndlilərinin saxlanılmasına etiraz olaraq Türkiyə-Axalkalaki yolunu bağlayıblar. Bir saata yaxın dövlət yolunu bağlı saxlayan etirazçılar həmkəndlilərinin saxlanılması səbəbinin açıqlanmasını tələb ediblər.
Saxlanılan şəxsləri 4 ildən 7 ilədək müddətə həbs cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...