MTN-in daha bir generalı şikayətini geri götürüb

MTN-in daha bir generalı şikayətini geri götürüb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Quliyev kassasiya şikayətini geri götürüb.

Qeyd edək ki, E.Quliyev 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay azadlıqdan məhrum olunub. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...