Bakıda avtomobildən 14 min pul oğurlanıb

Bakıda avtomobildən 14 min pul oğurlanıb
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, avqustun 3-də saat 1 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Cəbibəyliyə məxsus BMW markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 4800 manat, 4300 ABŞ dolları və 1100 avro pul oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...