Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTOLAR

Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var -

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Gundeminfo "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var -

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...