Bakıda gənci qarət etmək üçün oğurladılar , cibindən tələbə bileti çıxdı

Bakıda gənci qarət etmək üçün oğurladılar

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları ötən sutkalar ərzində qrup şəklində soyğunçuluq faktı qeydə alıblar.

İdarədən Oxu.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl saat 15:00-da Yeni Suraxanı qəsəbəsi ərazisində Abşeron rayon sakini 2001-ci il təvəllüdlü Ağazadə Murad Əliverdi oğlunun yanında avtomobil dayanıb.

Ona zor tətbiq edərək içərisində dörd nəfərin olduğu avtomobilin salonuna salıblar. Naməlum şəxslər M.Ağazadəni hədələyərək ondan 200 manat tələb ediblər. Lakin onların hədələdiyi gənc Bakının ali məktəblərindən birinin işsiz tələbəsi olub.

Soyğunçular bildiriblər ki, tələb etdikləri pulu borca istəyirlər və onu yaxın gələcəkdə qaytaracaqlar. Tələbənin cibində pul olmadığını gördükdə isə onun mobil telefonunu və tələbə biletini götürüblər, həmçinin söz veriblər ki, onlar üçün pul tapan kimi götürdüklərini qaytaracaqlar.

Zərərçəkmiş bir neçə gün gözlədikdən sonra avqustun 4-də rayonun 31-ci Polis bölməsinə şikayətlə müraciət edib. Əməliyyatçılar artıq avtomobili və iki şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. Hazırda onların tutulması üçün iş aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...