Atambayevi təslim olmağa razı salan dövlət məmuru işdən çıxarıldı

Atambayevi təslim olmağa razı salan dövlət məmuru işdən çıxarıldı

Qırğızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov vəzifəsindən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “24.kg” saytı şəxsi mənbələrinə istinadən xəbər verib.

Kursan Asanovu bu vəzifədə DİN İstintaq Xidmətinin rəisi Pamir Asanov əvəzləyib. P. Asanov hər iki vəzifəni icra edəcək.

Kursan Asanovun hansı səbəbdən vəzifədən azad edilməsi barədə məlumat verilməyib. Xatırladaq ki, K. Aslanov bir müddət əvvəl Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə onun Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olmağı üçün danışıqlar aparıb və onu razı salıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...