Keçmiş icra başçısının qardaşı oğluna pul "atan" şəxs həbs edildi

Keçmiş icra başçısının qardaşı oğluna pul "atan" şəxs həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə X.Balayevin barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbirini ləğv edib, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb. X.Balayev məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, zərərçəkmiş Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...