Gürcüstanda rüşvət faktı üzrə bir qrup şəxs saxlanılıb

Gürcüstanda rüşvət faktı üzrə bir qrup şəxs saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları rüşvət faktı üzrə bir qrup şəxsi saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət faktı üzrə Terjola Bələdiyyəsinə Nəzarət Xidmətinin baş mütəxəssisi Gela K., Kaxi K. və Gia M. həbs edilib.

Agentliyin məlumatına görə, istintaq Kaxi K. və Gia M.- nin Gela K.-ya qanunsuz tikililərə görə rüşvət təklif etdiyini və sonradan 1000 lari rüşvət verdiyini müəyyən edib.

Faktla bağlı saxlanılan şəxsləri 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...