Bıçaqlanan bacıların vəziyyəti necədir?

Bıçaqlanan bacıların vəziyyəti necədir?

Səhiyyə Nazirliyi gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın sağlamlıq vəziyyətini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, ötən gün Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi vurub.

Polis cinayətkarı axtarır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...