Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb
Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...