Bakı sakini “playstation” salonunda döyülüb və şantaj olunub

Bakı sakini “playstation” salonunda döyülüb və şantaj olunub

Xırdalanda 25 yaşlı oğlan “playstation” salonunda döyülüb.
“Report”un xəbərinə görə, Bakı şəhər sakini S.Aslanov polisə müraciət edərək bildirib ki, sosial şəbəkədə tanış olduğu Fərid adlı şəxslə Yasamal rayonunda görüşüb.
Daha sonra Fəridin tanışları Rauf, Ülvi, Bayram və Röyal onu zorla avtomobilə mindirərək Xırdalan şəhərində yerləşən “playstation” salonlarından birinə aparıblar, onu orda döyüblər və hadisəni videoya çəkiblər. Daha sonra həmin şəxslər S.Aslanovu hədələyərək 2000 manat verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkədə yayacaqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...