İcradan döyülən 19 yaşlı gəlinlə bağlı açıqlama

İcradan döyülən 19 yaşlı gəlinlə bağlı açıqlama

Bizdə olan məlumata görə, Ayşə Abdullayeva həyat yoldaşı tərəfindən döyülüb. Onu qayınata və qayınanasının toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi səbəbindən döyülməsi və ağır kəllə beyin travması alması barədə mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a açıqlamasında Daşkəsən İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Vüqar Məmmədov deyib. O bildirib ki, Ayşə Abdullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

“Bu barədə rəsmi məlumat polislərə artıq verilib. Qadının özü də anlaqlı şəkildə ifadə verdi. Xanım hamilədir. Döyülməsi nəticəsində hamiləliyi pozulmayıb və sağlamlığı yerindədir. Həkimlər tərəfindən lazımi tibbi yardımlar göstərildi. Hazırda anası evindədir”.

Qeyd edək ki, gəlinin döyülməsi hadisəsi Daşkəsən rayonunun Əmirvar kəndində qeydə alınıb. Oxu.az-ın məlumatına görə, 19 yaşlı Abdullayeva Ayşə Samir qızını qayınanası və qayınatası döyüb. Gəlin zərbələrin təsirindən huşunu itirib. Hadisəyə ilkin səbəb kimi bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...