Zaqatalada evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Zaqatalada evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Zaqatala RPŞ-nın əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...