Rusiyada musiqini bəyənməyən azərbaycanlı diceyi öldürdü - VİDEO

Rusiyada musiqini bəyənməyən azərbaycanlı diceyi öldürdü -

Rusiyanın Leninqrad vilayətində yerləşən kafelərdən birində Azərbaycan vətəndaşı diceyi qətlə yetirib.

Virtualaz.org xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Mənbənin yazdığına görə, hadisəyə diceyin musiqini dəyişmək istəməməsi səbəb olub. Azərbaycanlı müştəri ondan musiqini dəyişməyi tələb etsə də, dicey musiqini dəyişməyib. Nəticədə müştəri bıçağı çıxararaq onu ürəyindən bıçaqlayıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin isə qaçıb gizləndiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...