Qubada qardaş qardaşın evini soydu - FOTOLAR

Qubada qardaş qardaşın evini soydu -

Qubada qardaş qardaşının evindən pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, hadisə rayonu Səbətlər kəndində qeydə alınıb.

Kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Qubada qardaş qardaşın evini soydu -
Qubada qardaş qardaşın evini soydu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...