Sabirabad sakini özünü körpüdən Kürə ataraq intihar etdi

Sabirabad sakini özünü körpüdən Kürə ataraq intihar etdi

Sabirabadda baş verən intiharın təfərrüatları məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə baş verən vaxt intihar edən şəxs ona məxsus VAZ-2107 markalı minik maşınında həyat yoldaşı və oğlu ilə birgə yol gedərkən aralarında mübahisə düşüb. Bundan əsəbiləşən sürücü maşını ailə üzvləri ilə birgə Kür çayına atmaq qərarına gəlib. Lakin maşın körpünün dəmir qoruyucusuna dəyərək dayanıb. Bu vaxt sürücü maşından düşüb, özünü Kürə atıb.

Qeyd edək ki, intihar edən şəxsin Sabirabad rayonunun Yolçubəyli kənd sakini , 59 yaşlı Qaraxan Abdulqəni oğlu Hümmətov olduğu müəyyən olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...