Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Bakıda oğurluq edən şəxslər saxlanılıblar.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 26-da paytaxtın Nizami rayon, Y.Səfərov küçəsində baş verib.
Belə ki, A.Abdullayevə məxusu “VAZ-2107” markalı avtomobildən 130 manat, 2 ədəd səsgücləndirici və yanacaq oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü E.Balayev saxlanılıb.
Bundan başqa, oktyabrın 10-da Xətai rayon ərazisində mənzillərdən birinin girişində Ə.Bünyatova məxsus velosiped oğurlanıb.
Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Balayev saxlanılıb.
Oktyabrın 27-də isə Qaradağ rayon, Ələt qəsəbəsi, E.İmanov küçəsində yaşayan E.Seyidovun evindən pəncərədən daxil olmaqla 100 metr uzunluğunda elektrik naqili oğurlanıb.
Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2001-il təvəllüdlü T.Cəfərov tutulub.
Hər üç faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...