Ağstafada iki nəfəri güllələyən şəxs KİM olub? - Qardaşoğlu saxlanılıdı

Ağstafada iki nəfəri güllələyən şəxs KİM olub? -
Ağstafa rayonunda silahlı insidenti törədən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisəni törədən şəxs güllələnən Qabil Məmmədovun qardaşı oğlu Sərxan Məmmədovdur. S.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hüquq-mühafizə orqanları hadisədə istifadə olunan ov silahını maddi sübut kimi götürüb.

Xatırlaqdaq ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...