Bakıda iki sərnişin avtobusu TOQQUŞDU - 7 qadın yaralanıb

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU -
Bakı Nəqliyyat Agentliyi (BNA) də Bakıda iki avtobusun toqquşması ilə bağlı məlumat yayıb. BNA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub:

“Nəticədə 7 sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub”.

****

Bakıda iki sərnişin avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirlib ki, Yeni Ramana yolu Pedaqoji kollecin yaxınlığında baş verən yol nəqliyyat hadisəsində 7 nəfər yaralanıb.

“Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 nəfər qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...