DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı -
Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub. Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...