BŞBPİ: Bakıda azyaşlının oğurlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

BŞBPİ: Bakıda azyaşlının oğurlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir


Bakı Şəhər Baş Polis İdarəsinin paytaxtda naməlum şəxslər tərəfindən azyaşlının oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdarənin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsində müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədovun xəbərəsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyati üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə bağlı polisi məlumatlandırmaqla, övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış, istintaq tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddalar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq, bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib. Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq, valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib.

Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...