Qubada bələdiyyə işçisi barəsində cinayət işi başlanıb

Qubada bələdiyyə işçisi barəsində cinayət işi başlanıb


Quba bələdiyyəsinin komissiya üzvü Dəstəbəy Tərlanov barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, D.Tərlanova Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən kimi Quba Bələdiyyəsi tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...