Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi

Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi

Bakıda vətəndaşı qarət edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Bakı ŞBPİ və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...