Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabr ayının 10-da törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...