Şəmkirdə polis yol qəzasında öldü

Şəmkirdə polis yol qəzasında öldü
Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Gundeminfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...