Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

Ötən il üçüncü rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının 7-si qadın, 4-ü isə kişi olub. Onların 9-u 18 yaşdan kiçik, 2-si isə 41-65 yaş aralığından olub.

Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb. Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...