Rusiyada qətl törədən şəxs Bakıda tutulub - RƏSMİ

Rusiyada qətl törədən şəxs Bakıda tutulub -
Koronavirusun təsiri ilə dünyanın ikinci böyük iqtisadiyyatı olan Çində neftə tələbat gündəlik 3 mln barel azalıb

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm Çinin gündəlik ümumi neft istehlakının 20%-dən artıq səviyyəsindədir.

Məlumata görə, 2008-2009-cı illərdə baş verən qlobal maliyyə böhranı və 11 sentyabr hücumlarından sonra qlobal neft tələbatında yaşanan ən ciddi sarsıntıdan sonra, OPEC təcili iclas keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı ildə Çin neft tələbatında ABŞ-ı keçərək dünyanın ən böyük neft idxalçısı olub. Beləliklə gündəlik 14 mln barelə yaxın neft istehlak edən Çinin neft istehlakındakı hər hansı bir dəyişiklik qlobal enerji bazarına böyük təsir göstərir.

Xatırladaq ki, beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti koronavirusun ilk dəfə ortaya çıxdığı yanvarın 20-dən bəri 10%-dən çox enib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...