Sabirabad sakininin avtomobili oğurlanıb

Sabirabad sakininin avtomobili oğurlanıb
Sabirabad sakininin maşını oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilə məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə BDYPİ-nin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...