Zamirə Hacıyeva Londonda apellyasiya prosesini uduzdu

Zamirə Hacıyeva Londonda apellyasiya prosesini uduzdu

London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, hələ 2018-ci ildə müvafiq ittiham irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzaraq ən yüksək məhkəmə pilləsi olan Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, hər hansı gəliri olmayan Z.Hacıyevanın Londonda dəbdəbəli həyat tərzi sürməsi Milli Cinayətkarlıq Agentliyinin (NCA) diqqətindən yayınmayıb. İndi də 7 gün ərzində bu qədər var-dövlətin mənbəyi barədə müstəntiqlərə ağlabatan izahat verməlidir. Əks təqdirdə, NCA onun əmlakını müsadirə etmək üçün məhkəməyə müraciət edəcək, sonra da həmin əmlak satışa çıxarılmaqla əldə edilən vəsait dövlət büdcəsinə köçürüləcək.

Lakin Z.Hacıyeva var-dövlətinin qanuni olduğunu sübut etsə belə, NCA müstəntiqləri 60 gün ərzində onun bank hesablarını araşdıra biləcəklər. Bunun nəticəsində məsələnin bağlanacağı, yoxsa əmlakın müsadirə olunması üçün dava açılacağı barədə qərar veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...