Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi - FOTO

Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi -

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq, oradan zinət və məişət əşyaları oğurlayıb.

Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiya Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq etmək üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğru polisə ifadəsində deyib ki, oğurluq üçün girdiyi evlərdən birində beş gün qalıb. O, gecələr oğurluq edib, gündüzlər isə ev sahibinin Rusiyada yaşamasından istifadə edərək orada qalıb.

Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi -
Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi -
Azərbaycanda oğru girdiyi evdə beş gün gecələdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...