Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

Şabranda qətl hadisəsi törədilib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, Nahid adlı kənd sakini 1963-cü il təvəllüdlü İstək Məmmədovanı və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovu ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Qeyd edək ki, hadisəni törədən şəxs bir il bundan əvvəl həbsdən azad edilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...