Avtomobili qaçırdı - Karantin postunda saxlanıldı

Avtomobili qaçırdı -
Aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...