Azərbaycanda AĞIR QƏZA: İkisi uşaq olmaqla, 5 nəfər öldü

Azərbaycanda AĞIR QƏZA:

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

***11:39

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda AĞIR QƏZA:
Azərbaycanda AĞIR QƏZA:
Azərbaycanda AĞIR QƏZA:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...