Bakıda iki yaşlı körpə faciəli şəkildə ölüb

Bakıda iki yaşlı körpə faciəli şəkildə ölüb
Bakıda iki yaşlı körpə qız bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki yaşlı İ.K. (şərtidir) valideynləri ilə birlikdə qəsəbə ərazisində yaşayan qohumlarıgilə (uşağın xalasigilə) qonaq gedib. Nəzarətsiz qalan körpə həyətdə oynayarkən hovuza düşərək boğulub. Bu zaman uşağın anası və xalası evdə olduğundan hadisədən uşaq öləndən sonra xəbər tutublar. Onlar uşağın meyitini bir neçə dəqiqə sonra hovuzda aşkarlaylıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...