Ali Osman azərbaycanlı iş adamlarının gizli videolarını yayıb – 840 min avro fırıldağı

Ali Osman azərbaycanlı iş adamlarının gizli videolarını yayıb –

Azərbaycanlı iş adamlarına qarşı 1 milyon avroluq dələduzluq edən Türkiyə vətəndaşı Ali Osman Kutanoğlunun daha bir neçə sahibkarı aldatdığı bildirilir.

Yenisabah.az Türkiyə mediasında Kutanoğlu barədə yayılan məlumatları təqdim etməmişdən əvvəl xatırladır ki, adıçəkilən şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.

Yeni məlumatlarda bildirilir ki, Kutanoğlu 1995-ci ildə Azərbaycana gəlib. Bakı Dövlət Universitenin məzunu olan sözügedən şəxs 2015-ci ilə qədər Azərbaycanda yaşayıb. Bu müddət ərzində bir neçə iş adamı (həmin iş adamlarının adları bizə bəlli deyil) ilə münasibətləri yaranıb. Onların etibarını qazanıb. Bu baxımdan, iş adamlarından biri ona Türkiyənin İstanbul şəhərində 2 mənzil almaq istədiyini bildirib.

Kutanoğlu bu məsələdə ona yardım edəcəyini deyib. Həmin iş adamı da mənzil almaq üçün Kutanoğluya 400 000 avro göndərib. Sözügedən şəxs artıq mənzilləri aldığını və 2015-ci ildə boşaldılacağını bildirib. Eyni zamanda iş adamına mənzillərin pulunu ödəməsi ilə bağlı saxta qəbz göndərib.

Sonradan iş adamına aydın olub ki, Kutanoğlu onu aldadır və pulları geri tələb edib. Bundan sonra Türkiyə vətəndaşı Azərbaycanı tərk edərək bir daha geri qayıtmayıb. Həmçinin iş adamını şantaj etməyə başlayıb.

Məlumatda bildirilir ki, Kutanoğlu başqa bir iş adamından da 840 000 avro alıb. O, 600 000 avroya İstanbulda mənzil, 240 000 avroya isə Almaniyadan maşın almalı imiş. Lakin nə mənzil, nə də maşın alınıb. Həmin iş adamı İstanbula gedərək Kutanoğlu ilə görüşüb. Bu görüşdə Türkiyə vətəndaşı kompüterini açaraq iş adamına məxsus audio və video materillar göstərərək onları yayacağını bildirib. Bildirirlir ki, “İstanbul görüşü”ndən sonra Kutanoğlu sosial şəbəkədə saxta hesab açaraq həmin materialların bəzisini yayıb. Həmçinin iş adamına mesaj göndərib ki, 110 000 avro verməyəcəyi təqdirdə materialların davamı olacaq.

Bundan sonra həmin iş adamı və digər qurban Bakı Şəhər Prokurorluğuna və İstanbul Prokurorluğuna müraciət ediblər. Müraciətdən sonra İstanbul prokurorluğu Ali Osman Kutanoğlu barəsində dələduzluq, şantaj, təhqir, şəxsi həyata müdaxilə, milli qarşıdurmaya təhrik və başqa maddələrlə araşdırmalara başlayıb. Eyni zamanda polisə Kutanoğlunu şübhəli şəxs qismində saxlamaq göstərişi verilib. Adıçəkilən şəxs Ankarada saxlanılıb. İstanbul Prokuroluğuna göndərilən Kutanoğlu barəsində 2 iyul 2017-ci ildə həbs qərarı çıxarılıb. Lakin 1 ay sonra o azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...