332 nəfərə ictimai iş cəzası verildi

332 nəfərə ictimai iş cəzası verildi

Cari ilin 6 ayı ərzində 332 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 64 844 saat ictimai işlər yerinə yetirilib.

Eyni zamanda ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...