Evdə keçirilən xınayaxdı yarımçıq dayandırıldı

Evdə keçirilən xınayaxdı yarımçıq dayandırıldı

Sabirabad rayonunda xınayaxdı məclisi təşkil edən şəxslər cərimələnib.

“Gundeminfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarına zidd olaraq 10 nəfərə yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub. Sabirabad RPŞ əməkdaşları həmin ünvana gəlib və orada karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, digərlərlərinə isə ciddi xəbərdarlıqlar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...