Karantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı - RƏSMİ + VİDEO

Karantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı -


Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...