Belarusda müxalifət liderlərindən biri həbs olundu

Belarusda müxalifət liderlərindən biri həbs olundu


Belarusda müxalifətin Koordinasiya Şurasının idarə heyətinin üzvü həbs edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Koordinasiya Şurasının mətbuat xidməti bildirib.

"Minsk şəhərinin Zavodskoy rayon məhkəməsinin qərarı ilə Koordinasiya Şurasının idarə heyətinin üzvü Sergey Dilevski kütləvi tədbirlərin təşkili qaydalarını pozulmasında günahlandırılaraq 10 gün müddətinə həbs edilib", mətbuat xidmətinin məlumatında qeyd olunub.

Şuranın idarə heyətinin digər üzvü Olqa Kovalkovanın məhkəməsinin davam etdiyi bildirilib.
Qeyd edək ki, Sergey Dilevski Minsk Traktor Zavodunun (MTZ) tətilinə rəhbərlik edir, Olqa Kovalkova isə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın iş yoldaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...