Ali Məhkəmə azərbaycanlı futbolçu ilə bağlı qərar verdi

Ali Məhkəmə azərbaycanlı futbolçu ilə bağlı qərar verdi

Ali Məhkəmədə Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm ləğv edilib və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər 2017-ci ildə Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayevlə M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. M.Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib. Daha sonra porkuror həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
206 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...