Göyçayda çayxanada yanğın baş verib

Göyçayda çayxanada yanğın baş verib

Göyçay rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gundeminfo.az FHN-ə istinadən xəbər verir ki, rayonun Bəydövül kəndində ümumi sahəsi 120 kv. m olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 kv. m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...