Arvadını öldürüb, qanı ilə divara yazı yazdı

Arvadını öldürüb, qanı ilə divara yazı yazdı
İstanbulda yaşayan Vüsal Orucov adlı azərbaycanlı Qaziosmanpaşadakı evində kəbinli həyat yoldaşı - 18 yaşlı Sevilay Kayanı qətlə yetirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, xəyanət iddiası ilə arvadı ilə mübahisə edən Orucov daha sonra bıçağı götürərək onun boğazını kəsib. Qatil Sevilayın qanı ilə divara “xəyanətin cəzası ölümdür” yazıb.

Hadisə yerinə gələn polis gənc qızın öldüyünü müəyyənləşdirib. Cinayətdən sonra qaçan Vüsal polisə təslim olub.

Xəbəri eşidəndən sonra Sevilayın anasının halı pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qonşuların bildirdiyinə görə cütlük 2 aydır evli imiş.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...