Həbs edilən məmurun yerinə gətirilmişdi, rüşvətə görə tutuldu

Həbs edilən məmurun yerinə gətirilmişdi, rüşvətə görə tutuldu
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat nəticəsində daha bir vəzifəli şəxs rüşvət almağa görə həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.

K.Məmmədov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilib. İstintaqın təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin qərarı ilə K.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

O, istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 5 saylı TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilib.

Xatırladaq ki, Tibbi-Sosial Ekspert Komissiyasındakı əməliyyat 3 gün öncə keçirilmişdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...