Polis onu söyən qonşusunu güllələdi

Polis onu söyən qonşusunu güllələdi
Daxili İşlər Nazirliyi dünən Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqda məlumat yayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qonşusunu güllələyən şəxs polis əməkdaşıdır.

Belə ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsinə xəsarət yetirib. Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

Hadisəni törədən Yusif Kərimov Tərtər rayon Polis Şöbəsinin əməkdaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...