Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Yenisabah.az xarici KİV-lərə istinadla xəbər verir ki, avtomat və qumbara ilə silahlanmış şəxs “Gürcüstan Bankı”nın şöbəsinə daxil olub.

Girov götürülənlər arasında həm bankın əməkdaşları, həm də müştərilər var. Onun tələbləri barədə hələlik məlumat verilməyib.

Hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...